Müdaxilə olunsa, cavabı ağır olacaq - "İstənilən ölkə..."
Yəmənin "Ənsar Allah" hərəkatı (husilər) hər hansı bir ölkənin Yəməndəki hadisələrə müdaxiləsini cavabsız qoymayacaq.
TodayPress TV xəbər verir ki, bu barədə husilərin Siyasi Bürosunun üzvü Xuzam əl-Əsəd "TASS"a bildirib.
O, ABŞ-nin Səudiyyə Ərəbistanına dəstək verəcəyi və ya Bab əl-Məndəb boğazındakı vəziyyətə müdaxilə edəcəyi təqdirdə "Ənsar Allah"ın regiondakı ABŞ bazalarına zərbələr endirəcəyi barədə məlumatı şərh edərkən vurğulayıb:
"Ölkəmizə qarşı təcavüzdə iştirak edən istənilən tərəf rəhbərliyin məqsədəuyğun hesab edəcəyi üsullardan hər hansı biri ilə silahlı qüvvələrimizin bütün birləşmələrinin cavab tədbirləri ilə üzləşəcək".
Aysel Mətləb