Müctəba Xamenei: "Hörmüz boğazı bağlı qalmalıdır"
Dünya
12.03.2026 21:51
İranın yeni Ali lideri Müctəba Xamenei Hörmüz boğazının bağlanmasının davam etdirilməsinə çağırış edib və ölkəsinin ABŞ-İsrail ilə münaqişəsində yeni cəbhələr açacağına söz verib.
TodayPress TV xəbər verir ki, bu barədə o, veb saytında dərc etdiyi ilk mesajında bildirib.
Lider ölkə xalqına və silahlı qüvvələrinə müraciət edərək bildirib ki, Hörmüz boğazını bağlamaq rıçağından mütləq istifadə etməyə davam etmək lazımdır.
"Düşmənin az təcrübəsi olan və son dərəcə həssas olacağı digər döyüş cəbhələrinin açılması ilə bağlı tədqiqatlar aparılıb. Müharibə vəziyyəti davam edərsə, maraqlar nəzərə alınmaqla onların aktivləşməsi baş verəcək", - deyə o vurğulayıb.
Xamenei qeyd edib ki, İran quru və ya su sərhədlərini paylaşdığı 15 ölkənin hamısı ilə isti və konstruktiv münasibətlər qurmağa hazırdır. Lakin o, bəzi ərazilərdə düşmənin hərbi və maliyyə bazalarının olması səbəbindən İranın bu obyektlərə hücumlarının davam edəcəyini bildirib.
O, qonşularına ərazilərindəki ABŞ bazalarını mümkün qədər tez bağlamağı məsləhət görüb.
Aysel Mətləb
tag: Müctəba,Xamenei,İran,Hörmüz,TodayPress TV,
