Moskva dronlara görə qaynar xətt yaratdı
Moskva vilayətində dron hücumlarından zərər çəkən vətəndaşlar üçün qaynar xətt fəaliyyətə başlayıb.
TodayPress TV xəbər verir ki, "TASS"ın məlumatına görə, bu barədə Moskva Vilayət Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, vətəndaşların şikayətlərinin operativ qəbul edilməsi və hüquqi yardım göstərilməsi üçün prokurorluqda qaynar xətt yaradılıb.
Moskva vilayətinin prokuroru Sergey Zabaturinin göstərişi ilə şəhər prokurorları vətəndaşların qəbul edildiyi və yerləşdirildiyi məntəqələrdə vəziyyətə şəxsən nəzarət edir.
Qeyd edilib ki, prokurorluq həmçinin zərərçəkənlərə yardım göstərilməsi və dəymiş ziyanın qiymətləndirilməsi məqsədilə səlahiyyətli qurumlar və yerli hakimiyyət orqanları ilə koordinasiyalı fəaliyyət həyata keçirir.
Jalə Rövşən