Saxtakarlıq və “həvəsləndirmə” ittihamı: Türkiyədə hakimlər həbs edildi!
Türkiyədə futbol hakimləri Yasin Kol və onun köməkçisi Göktuğ Hazar Erelin həbs olunması barədə məlumatlar dəqiqdir.
TodayPress TV xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
İstanbul Cümhuriyyət Baş Prokurorluğu tərəfindən aparılan "Hakimlər işi" istintaqı çərçivəsində İstanbul Sülh Cəza Hakimliyi tərəfindən aşağıdakı qərarlar çıxarılıb:
Yasin Kol: "Danışılmış oyunlar və həvəsləndirici mükafat ittihamları ilə həbs edilib. İstintaq çərçivəsində Maliyyə Cinayətlərini Araşdırma Kurulu (MASAK) tərəfindən onun bank hesablarında şübhəli pul dövriyyəsi və matç günlərinə təsadüf edən maliyyə əməliyyatları aşkar olunub.
Göktuğ Hazar Erel: "Rəsmi sənədin saxtalaşdırılmasında iştirak" ittihamı ilə həbs olunub.
Hər iki hakim irəli sürülən ittihamları rədd etsələr də, dəlilləri gizlətmə və şahidlərə təzyiq göstərmə ehtimalı nəzərə alınaraq barələrində həbs qətimkan tədbiri seçilib və həbsxanaya göndəriliblər.
Namiq HUN