Aİ-nin qara siyahısındakı gəmilər Koreya limanlarında nə gəzir?

Aİ-nin qara siyahısındakı gəmilər Koreya limanlarında nə gəzir?
06.10.2026 10:18 Dünya

Cənubi Koreyanın Rusiyaya yanacaq, o cümlədən sanksiya tətbiq edilən tankerlərlə yanacaq göndərdiyi və bunun Ukraynaya dəstək siyasətinə zərər vurduğu iddia edilir.

TodayPress TV xəbər verir ki, bu barədə “The Guardian” qəzeti yazıb.

Nəşrin məlumatına görə, iyul və avqust aylarında Cənubi Koreyanın bir neçə limanında tankerlərə ümumilikdə 176 min tondan çox, əsasən dizel yanacağı yüklənib. Həmin tankerlər daha sonra Rusiya Uzaq Şərqinə 14 reys həyata keçirib.

“The Guardian”ın məlumatına görə, tankerlərdən bəzilərinə Böyük Britaniya və Avropa İttifaqı tərəfindən sanksiyalar tətbiq edilib. Gəmilərdən biri isə yükü Cənubi Koreyanın ərazi sularında bir gəmidən digərinə ötürmə yolu ilə qəbul edib.

Nəşr qeyd edir ki, bu üsul yükün mənşəyini gizlətməyə və liman terminallarına daxil olmaqdan yayınmağa imkan verir.

“Avropa İttifaqının sanksiya tətbiq etdiyi tankerlərin Cənubi Koreya limanlarında yanacaq yükləyərək Rusiyaya aparması şok doğurur. Bu, həm sanksiya rejiminə, həm də Cənubi Koreyanın Ukraynaya dəstəyinə xələl gətirir”, - deyə finlandiyalı analitik İsaak Levi “The Guardian”a bildirib.

Qiymət Mahir

XƏBƏR LENTİ
06 OKTYABR 2026
Bütün Xəbərlər