Kapitan Rüstəm Həsənovun ölümü Azərbaycanı yasa qərq etdi
Qara dənizdə, Rumıniya sahilləri yaxınlığında "Royad Məmmədov" adlı xarici yük gəmisi dron hücumuna məruz qalıb.
TodayPress TV xəbər verir ki,
bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, daxil olan məlumata əsasən, hücum nəticəsində Azərbaycan vətəndaşı,
gəminin kapitanı 1974-cü il təvəllüdlü Həsənov Rüstəm İsmayıl oğlu həlak olub.
Digər vətəndaşımız 2002-ci il təvəllüdlü Süleymanzadə Məhəmməd Həmzə oğlu itkin
düşüb. Hazırda müvafiq axtarış tədbirləri həyata keçirilir.
Gəmi heyətində olan digər vətəndaşlarımız xilas edilib, onlardan 3 nəfəri xəstəxanaya
yerləşdirilib.
Məsələ ilə bağlı Xarici İşlər Nazirliyi tərəfindən ölkəmizin diplomatik
nümayəndəlikləri və aidiyyəti ölkələrin səlahiyyətli qurumları ilə birgə
koordinasiya işləri aparılır. Vətəndaşlarımıza zəruri tibbi və konsulluq dəstəyinin
göstərilməsi, eləcə də həlak olan vətəndaşlarımızın cənazələrinin vətənə gətirilməsi
ilə bağlı müvafiq prosedurların həyata keçirilməsi istiqamətində zəruri tədbirlər
görülür.
"Həlak olan soydaşlarımızın ailələrinə və yaxınlarına dərin hüznlə
başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını arzulayırıq.
Bir daha Azərbaycan vətəndaşlarına hərbi əməliyyatların getdiyi və təhlükəsizlik
vəziyyətinin qeyri-sabit olduğu bölgələrə səfər etməkdən, bu ərazilərdə, eləcə
də riskli marşrutlar üzrə hərəkət edən nəqliyyat vasitələrində, xüsusilə gəmilərdə
əmək fəaliyyəti ilə məşğul olmaqdan çəkinməyə çağırış edirik", - məlumatda
vurğulanıb.