Olimpiada yolunda kritik sınaq: Dünya velosipedçiləri Xankəndiyə axışacaq!

Olimpiada yolunda kritik sınaq: Dünya velosipedçiləri Xankəndiyə axışacaq!
06.10.2026 10:56 İdman

Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışının 2027-ci ildə təşkil olunacağı tarixlər rəsmən bəlli olub.

TodayPress TV xəbər verir ki, Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyasına daxil edilən tur 9–13 may tarixlərində keçiriləcək və qurumun rəsmi təqvim planında yer alıb.

Yarışın idman çəkisini artıran əsas məqamlardan biri onun Los-Anceles-2028 Yay Olimpiya Oyunlarına hazırlıq dövrünə təsadüf etməsidir. Təsnifat mərhələsində reytinq xallarının böyük rol oynaması səbəbindən yarışda güclü komanda və velosipedçilərin iştirak edəcəyi, eləcə də mərhələlərdə gərgin mübarizənin gedəcəyi gözlənilir. Komandalar həm mərhələ qələbələri, həm də Olimpiada yolunda reytinq xallarını artırmaq uğrunda yarışacaqlar.

Qeyd edək ki, Bakı-Xankəndi turu ölkəmizin idman, turizm və mədəniyyət potensialını nümayiş etdirməklə yanaşı, işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işlərini dünya ictimaiyyətinə təqdim etmək baxımından müstəsna əhəmiyyət kəsb edir.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
06 OKTYABR 2026
Bütün Xəbərlər