Azərbaycan nefti büdcə qiymətini 2 dəfə üstələdi

Azərbaycan nefti büdcə qiymətini 2 dəfə üstələdi
06.10.2026 09:51 İqtisadiyyat

"Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,6 ABŞ dollar artıb.

TodayPress TV xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,6 ABŞ dolları və ya 0,48 % artaraq 124,61 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. 

TodayPress TV

XƏBƏR LENTİ
06 OKTYABR 2026
Bütün Xəbərlər