Maskın sərvəti yenidən 1 trilyon dolları keçdi
5 oktyabrda ticarətin açılmasından sonra "Tesla" və "SpaceX" səhmlərinin bahalaşması fonunda İlon Maskın sərvəti yenidən 1 trilyon dolları keçib.
TodayPress TV xəbər verir ki, bu barədə "Forbes" jurnalı məlumat yayıb.
Nəşrin hesablamalarına görə, bu, oktyabrın 2-si ilə müqayisədə 30,6 milyard dollar artım deməkdir.
Mask dünyanın ən varlı şəxsi olaraq qalır. İkinci pillədə qərarlaşan Ceff Bezosun sərvəti isə 371,5 milyard dollar qiymətləndirilir.
Mask ilk dəfə iyun ayında "SpaceX"in Nasdaq birjasına çıxmasından sonra trilyonçu olub. Lakin bir neçə gün sonra "SpaceX" və "Tesla" səhmlərinin ucuzlaşması səbəbindən bu statusunu itirib.
Aysel Mətləb