Britaniyalı yazıçı vəfat etdi

Britaniyalı yazıçı vəfat etdi
06.10.2026 09:39 Mədəniyyət

Britaniyalı yazıçı və siyasətçi Cefri Arçer 86 yaşında vəfat edib.

TodayPress TV xəbər verir ki, bu barədə “LBC” radiostansiyası “HarperCollins” nəşriyyat evinə istinadən məlumat yayıb.

Arçer yeni “Adəm və Həvva” romanının nəşrindən bir gün əvvəl dünyasını dəyişib.

Yazıçı əsəri “Britaniyanın ən qaranlıq dövründə yaradılmış, cəsarət, fədakarlıq və sevgidən bəhs edən möhtəşəm dastan” kimi təsvir edirdi.

Cefri Arçer 1969-1974-cü illərdə Britaniya parlamentinin üzvü olub. Lakin maliyyə problemləri səbəbindən deputatlıqdan istefa verməyə məcbur olub. 1992-ci ildə ona lord titulu verilib.

2013-cü ildə Arçerə prostat xərçəngi diaqnozu qoyulub. Daha sonra onun prostat vəzi cərrahi yolla çıxarılıb.

Yazıçı yaradıcılığı ərzində “Kabil və Habil”, “Klifton salnamələri”, “Həbsxana gündəlikləri”, “Uilyam Uorvik” romanlarını, hekayə toplularını və pyeslərini qələmə alıb.

2009-cu ildə Arçer ən yaxşı detektiv əsər nominasiyasında “Polar de Konyak” festivalının mükafatına layiq görülüb.

Qiymət Mahir

XƏBƏR LENTİ
06 OKTYABR 2026
Bütün Xəbərlər