Əfsanənin son rəqsi: Lionel Messi milli formaya əlvida deyir!

Əfsanənin son rəqsi: Lionel Messi milli formaya əlvida deyir!
06.10.2026 10:08 İdman

“İnter Mayami”nin hücumçusu və kapitanı Lionel Messi milli komandadakı son məşq prosesindən sonra hisslərini bölüşüb.

TodayPress TV xəbər verir ki, ulduz futbolçunun dediklərini insayder Fabrisio Romano şəxsi sosial şəbəkə hesabında yayımlayıb:

“Mütləq darıxacağım çox özəl anlardır”.

Lionel Messi Argentina milli komandasının heyətində son matçına oktyabrın 7-nə keçən gecə çıxacaq. Yığma yoldaşlıq görüşündə Benin seçməsi ilə qarşılaşacaq.

Qeyd edək ki, Messi 2005-ci ildən Argentina millisinin şərəfini qoruyur. O, yığmanın heyətində DÇ-2022-nin, iki dəfə Amerika Kubokunun (2021, 2024) və “Finalissima”nın (2022) qalibi olub. Hücumçu 2026-cı il dünya çempionatında komandası ilə birlikdə finala qədər irəliləsə də, Argentina həlledici matçda İspaniyaya uduzub (0:1).

Namiq HUN

TodayPress TV 

XƏBƏR LENTİ
06 OKTYABR 2026
Bütün Xəbərlər