100 metrdən yıxıldı, amma sağ qaldı
Rumıniyada keçmiş realiti-şou iştirakçısı Ella Vişan dağda 100 metr yüksəklikdən yıxıldıqdan sonra sağ qalıb.
TodayPress TV xəbər verir ki, hadisə Neqoyu zirvəsinə gedən marşrutda baş verib.
Qrupdan ayrı hərəkət edən Vişan cığırın nişanlanmasını itirib və qarla örtülü əraziyə düşüb. Ayaqqabısındakı kiçik şpallar onu saxlaya bilməyib və o, aşağı yuvarlanıb.
Vişan dərəyə düşüb və oradan özü çıxa bilməyib. Dağ xilasediciləri onun köməyinə gələrək təhlükəsiz əraziyə təxliyə ediblər.
O, Sibiu şəhərindəki xəstəxanaya aparılıb. Həkimlər onda açıq yara, çoxsaylı sıyrıq və əzilmələr aşkarlayıblar. Kompüter tomoqrafiyası ciddi xəsarət müəyyən etməyib və müayinədən sonra Vişan evə buraxılıb.
Aysel Mətləb