Husilər Yəmən liderinin evini ələ keçirdilər
Yəmənin şimalına nəzarət edən “Ənsar Allah” hərəkatı (Husilər) ölkənin cənub-qərbində yerləşən Taiz əyalətində iki rayon üzərində nəzarəti ələ keçirdiyini açıqlayıb.
TodayPress TV xəbər verir ki, “Əl-Məsirə” telekanalının məlumatına görə, Husilər Əl-Maafir və Əl-Mavasit rayonlarından hökumət qüvvələrini çıxardıqlarını bildiriblər.
Hərəkat, həmçinin Prezident Liderlik Şurasının rəhbəri Rəşad əl-Əliminin keçmiş iqamətgahını ələ keçirdiyini açıqlayıb.
Qeyd edək ki, Husilər daha əvvəl Səudiyyə Ərəbistanına qarşı raket və dronlardan istifadə etməklə bir neçə hücum həyata keçirdiklərini açıqlamışdılar.
Jalə Rövşən
Yəmən
“Ənsar Allah” hərəkatı (Husilər)
Taiz
Prezident Liderlik Şurası
Rəşad əl-Əlimi
Todaypress.tv
Jalə Rövşən