Bu gün Yasamalın bir hissəsi işıqsız qalacaq

Bu gün Yasamalın bir hissəsi işıqsız qalacaq
06.10.2026 09:04 Sosial

Bu gün Yasamal rayonunun bəzi ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq

"Azərişıq"dan TodayPressTV-yə verilən məlumata görə, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 6-da Yasamal rayonunda Transformator Məntəqəsində (TM) təmir işləri aparılacaq.

Məlumata görə, təmir işləri ilə əlaqədar saat 10:00-dan 13:00-dək Abbas Mirzə Şərifzadə, Bəşir Səfəroğlu, İzmir, Məhəmməd Xiyabani, Mirəli Seyidov, Nəriman Nərimanov küçələri, Tbilisi prospekti və Yeni Yasamal-2 yaşayış massivinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.

Görüləcək işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.


TodayPressTV

XƏBƏR LENTİ
06 OKTYABR 2026
Bütün Xəbərlər