Moskvaya kütləvi PUA hücumu: 650 dron səmada
Oktyabrın 5-i saat 20:30-dan oktyabrın 6-sı saat 05:00-dək Moskva vilayəti istiqamətində 650 PUA uçub.
TodayPress TV xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin məlumat verib.
O bildirib ki, dronların əksəriyyəti uzaq məsafədə hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilib. Onun sözlərinə görə, Moskva yaxınlığında 105 PUA zərərsizləşdirilib.
Sobyanin daha əvvəl paytaxta doğru hərəkət edən 93 dronun hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edildiyini açıqlamışdı.
Türkan İsgəndərli