Çempionatda böyük sürpriz: Təqvimə yeni qitə əlavə olunur!

Çempionatda böyük sürpriz: Təqvimə yeni qitə əlavə olunur!
06.10.2026 10:42 İdman

“Formula-1”in keçmiş pilotu Devid Kulthard çempionatın çoxdan gözlənilən Afrikaya qayıdışı ilə bağlı rəsmi bəyanatın tezliklə verilə biləcəyini bildirib.

TodayPress TV xəbər verir ki, o, bu barədə “Up To Speed” podkastında qeyd edib.

“Portimaonun hələ bir neçə ili var. Ora sürücülər üçün əla trasdır. Xatırladığım qədərilə, COVID-19 pandemiyası zamanı oraya getmişdik, ona görə də tamaşaçılarla bağlı heç bir problemimiz olmamışdı. İndi oraya nə qədər insanın gələcəyini öyrənmək maraqlıdır. Şayiələr eşitmişəm ki, tezliklə Afrikada yarışın keçiriləcəyi elan olunacaq. Beləliklə, biz Afrikaya yollanacağıq”, - deyə Kulthard  bildirib.

Qeyd edək ki, “Formula-1” 1993-cü ildən - Cənubi Afrika Qran-prisi “Kyalami” trasında keçirildikdən bəri Afrikada təşkil olunmur. Yeddi qat dünya çempionu Lyuis Hemilton artıq bir neçə ildir ki, Afrikanın yarış təqviminə daxil edilməsi üçün səy göstərir.


Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
06 OKTYABR 2026
Bütün Xəbərlər