Hidayət Heydərov və komandası iş başında: Növbəti qızıl medal gəlirmi?

Hidayət Heydərov və komandası iş başında: Növbəti qızıl medal gəlirmi?
06.10.2026 09:23 İdman

Bakıda keçirilən cüdo üzrə dünya çempionatında bu gün üçüncü yarış gününə start veriləcək.

TodayPress TV xəbər verir ki, mundialın bu mərhələsində Azərbaycanı qadınlar arasında 57 kq, kişilərin turnirində isə 73 kq çəki dərəcəsində ümumilikdə 3 tatami sahibi təmsil edəcək. 

Xədicə Qədəşova (57 kq): 1/32 final mərhələsində Qırğızıstan təmsilçisi Janar Joldoşeva ilə üz-üzə gələcək.

Hidayət Heydərov (73 kq): Mübarizəyə 1/32 finaldan başlayacaq və ilk görüşündə Kosovo cüdoçusu Akil Qyakova ilə qarşılaşacaq.

Rəşid Məmmədəliyev (73 kq): Mübarizəyə 1/16 final mərhələsindən qoşulacaq. O, Adil Osmanov (Moldova) – Castin Lemir (Kanada) cütünün qalibi ilə gücünü sınayacaq.

Qeyd edək ki, çempionatın ilk günündə 60 kq çəki dərəcəsində çıxış edən Əhməd Yusifov qızıl medal qazanaraq dünya çempionu olub. Bu uğur Azərbaycan cüdo tarixində böyüklər arasında qazanılan 4-cü qızıl medal, 60 kq çəkidə isə ilk çempionluq kimi tarixə düşüb.


Namiq HUN

TodayPress TV


XƏBƏR LENTİ
06 OKTYABR 2026
Bütün Xəbərlər