“Tarixin ən yaxşısı mərkəzdədir!”: “Əl-Nəsr”dən Ronaldu paylaşımı!

“Tarixin ən yaxşısı mərkəzdədir!”: “Əl-Nəsr”dən Ronaldu paylaşımı!
06.10.2026 09:11 İdman

Portuqaliya milli komandasından ayrılaraq klubunun heyətinə qayıdan Kriştianu Ronaldu “Əl-Nəsr”də hazırlıqlara başlayıb.

TodayPress TV xəbər verir ki, Səudiyyə Ərəbistanı təmsilçisi ulduz futbolçunun məşq prosesindən ilk fotosunu sosial media hesablarında paylaşıb. 

Milli komandadan ayrıldıqdan sonra qısa müddət istirahət edən 41 yaşlı hücumçu komandaya qoşulub. Portuqaliyalı ulduzun məşqdəki əzmi və qətiyyətli görünüşü diqqətdən yayınmayıb.

“Əl-Nəsr” məşq fotosuna “Tarixin ən yaxşısı. Nəcdin mərkəzində, Əl-Nəsrdə!” şərhini əlavə edərək Ronaldunun geri dönüşünü rəsmən elan edib.

Qeyd edək ki, Portuqaliyanın Norveç üzərində 2:1 hesablı qələbə qazandığı matçda meydanda olmayan veteran futbolçu qarşılaşmadan dərhal sonra millinin düşərgəsini tərk edib. Ronaldunun bu addımı futbol ictimaiyyətində böyük rezonans doğurub. Portuqaliya Futbol Federasiyasının təcrübəli oyunçu ilə razılıq əldə etməyə çalışdığı bildirilsə də, hücumçunun tərəfi hələlik müsbət cavab verməyib.


Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
06 OKTYABR 2026
Bütün Xəbərlər