Monqolustan Prezidenti istefa verdi

Monqolustan Prezidenti istefa verdi
17.11.2026 08:50 Dünya

Monqolustan Prezidenti Uxnaaqiyn Xurelsux istefa verdiyini açıqlayıb.

TodayPress TV xəbər verir ki, dövlət başçısı bu barədə keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, son bir ay ərzində ona qarşı əsassız ittihamlar irəli sürülüb və nüfuzuna xələl gətirilib.

Qeyd edib ki, Demokrat Partiyasının bir qrup üzvü prezidentin istefa verməli və barəsində araşdırma aparılmalı olduğu mövqeyini ifadə edib. Dövlət başçısı bu mövqe ilə razılaşdığını bildirib.

Xurelsux ona qarşı ittihamlarla bağlı həqiqətin üzə çıxacağına və nüfuzunun bərpa olunacağına əminliyini ifadə edib.

TodayPress TV 

XƏBƏR LENTİ
22 NOYABR 2026
Bütün Xəbərlər