Mirzoyan TRIPP layihəsinin icrasını Pezeşkiana təqdim etdi
Tehranda Ermənistan Respublikasının xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyanı İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian qəbul edib.
TodayPress TV xəbər verir ki, Nyu-Yorkda iki ölkə rəhbərinin görüşünün davamı olaraq, həmsöhbətlər Ermənistan-İran siyasi təmaslarının aktiv gündəliyini müzakirə ediblər.
İnfrastrukturların inkişafı və energetika sahəsində qarşılıqlı faydalı əməkdaşlıq proqramlarına xüsusi diqqət yetirilib. Mirzoyan TRIPP layihəsinin icrası prosesini təqdim edib.
Regional sabitlik və təhlükəsizliklə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Aysel Mətləb