Məşhur aktyorlar Netanyahunu baykot etdi, polis hərəkətə keçdi

Məşhur aktyorlar  Netanyahunu baykot etdi, polis hərəkətə keçdi
25.09.2026 09:55 Dünya

Polis BMT-nin qarşısında Netanyahuya etiraz edən aktyor və siyasətçiləri saxlayıb.

TodayPress TV "Reuters"ə istinadən xəbər verir ki, Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının (BMT) qərargahı qarşısında İsrailin Baş naziri Benyamin Netanyahuya qarşı keçirilən etiraz aksiyası zamanı azı 30 nəfər saxlanılıb. 

Saxlanılanlar arasında Oskar mükafatlı aktrisa Syuzan Sarandon, “Emmy” mükafatçısı Hannah Einbinder, Konqresə namizəd Darializa Avila Chevalier və Nyu-York Şəhər Şurasının üzvü Chi Ossé də olub.

Təxminən 200 nəfərin iştirak etdiyi aksiyanı “Jewish Voice for Peace” təşkil edib. Etirazçılar Netanyahuya qarşı şüarlar səsləndirib və yolu bağlayıblar. Polis ərazini tərk etmələri barədə xəbərdarlıq etdikdən sonra etirazçılardan bir qismi ərazidən uzaqlaşıb, yolda oturmağa davam edənlər isə saxlanılıb.

Bəzi son məlumatlarda saxlanılanların sayının 100-dən çox olduğu bildirilib.

Jalə Rövşən 

XƏBƏR LENTİ
26 SENTYABR 2026
Bütün Xəbərlər