Mariupol–Cankoy yolunda güclü partlayış: Yanacaq çənləri yandı – VİDEO

Mariupol–Cankoy yolunda güclü partlayış: Yanacaq çənləri yandı – VİDEO
10.08.2026 12:54 Dünya

Rusiya ordusunun təchizat marşrutlarından biri olan Mariupol–Cankoy avtomobil yolunda güclü partlayış baş verdiyi barədə məlumatlar yayılıb.

TodayPress TV xəbər verir ki, hadisənin avqustun 10-da, Rusiya ordusunun cənub istiqamətində əsas təchizat marşrutlarından biri hesab olunan magistralda baş verdiyi bildirilir.

Ukrayna mənbələri və monitorinq kanallarının məlumatına görə, partlayış nəticəsində bir neçə yanacaqdaşıyan avtomobil (benzovoz) yanıb. Sosial şəbəkələrdə yayılan görüntülərdə yanan yük maşınları və ərazidən yüksələn tüstü sütunları görünür.

Hadisənin Rusiya ordusunun logistika marşrutlarına qarşı hücumların növbəti epizodu olduğu iddia edilir.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
10 AVQUST 2026
Bütün Xəbərlər