Maduronun yeri açıqlandı

Dünya

12.03.2026 17:17

Venesuela Prezidenti Nikolas Maduro ABŞ-də Bruklin həbsxanasında xüsusi saxlama bölməsində yerləşdirilib.

TodayPress TV xəbər verir ki, bu barədə İspaniyanın "ABC" qəzeti məlumat yayıb.

Məlumata görə, o, SHU adlanan bölmədə tək kamerada saxlanılır.

Qəzet bildirir ki, bu bölmə rəsmi olaraq risk altında olan məhbusların qorunması və intiharların qarşısının alınması üçün nəzərdə tutulsa da, əslində demək olar ki, tam təcrid şəraitidir.

Maduro təxminən 3 metr uzunluğunda və 2 metr enində kamerada saxlanılır. Kamerada metal çarpayı, unitaz, lavabo və dar pəncərə var.

Həftədə üç dəfə məhbuslara əlləri və ayaqları qandallanmış vəziyyətdə, iki mühafizəçinin müşayiəti ilə bir saatlıq kameradan çıxmağa icazə verilir.

Mənbələrin sözlərinə görə, Maduro həbsxana şəraitindən şikayət edir və bəzən gecələr qışqırır.

Qeyd edək ki, Maduro hazırda "Metropolitan Detention Center Brooklyn" həbsxanasında saxlanılır və ABŞ-də narkotik qaçaqmalçılığı ilə bağlı ittihamlar üzrə məhkəməni gözləyir.

Türkan İsgəndərli

TodayPress TV

tag: Maduro,Venesuela,Tramp,ABŞ,Todaypress.tv,