Londonda kritik Ukrayna sammiti: Zelenski, Makron, Merts və Starmer görüşür
Fransa, Almaniya və Böyük Britaniyanın liderləri Ukrayna Prezidenti Volodimir Zelenski ilə 8 dekabrda Londonda görüş keçirəcəklər. Görüşün məqsədi ABŞ-nin Rusiyanın növbəti kütləvi zərbələrindən sonra sülh sazişinə nail olmaq səylərini müzakirə etməkdir.
TodayPress TV xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.
Görüş barədə məlumat verən Fransa Prezidenti Emmanuel Makron əlavə edib ki, Zelenski, Almaniya kansleri Fridrix Merts və Böyük Britaniyanın Baş naziri Kir Starmer ilə birlikdə Ukraynadakı vəziyyəti və ABŞ-nin iştirak etdiyi danışıqları qiymətləndirəcəklər.