Litva ruslara qarşı müharibəyə hazırlaşır
Litva Baş naziri Mindaugas Sinkeviçyus ölkəsinin hücuma məruz qalacağı təqdirdə müqavimət göstərəcəyini və döyüşə girəcəyini bildirib.
TodayPress TV xəbər verir ki, bu barədə “BBC” məlumat yayıb.
Sinkeviçyusun sözlərinə görə, Litva vətəndaşları, o cümlədən ölkənin hava məkanına daxil olan dronlar səbəbindən Rusiyadan “daimi təhlükə” hiss edirlər.
“Əgər bizə hücum edilərsə, müqavimət göstərəcəyik. Döyüşə girəcəyik”, – Litva hökumətinin başçısı deyib.
Sinkeviçyus ölkədə müxtəlif ssenarilər üçün hazırlıqların artıq aparıldığını da açıqlayıb. Onun sözlərinə görə, planlardan biri yaşlı vətəndaşların şəhərlərdən fasiləsiz şəkildə təxliyə edilməsini və yollarda tıxacların qarşısının alınmasını nəzərdə tutur.
“Biz müxtəlif ssenariləri nəzərdən keçiririk. Onların heç də hamısı ictimaiyyət arasında geniş müzakirə olunmur. Biz konkret təhdidlərlə üzləşirik. Bu, hər gün baş vermir, lakin biz onları hiss edirik və bu, bizim üçün real vəziyyətdir”, – o bildirib.
Qiymət Mahir