Lavrovla Rubio Ukrayna üçün bir araya gəlir

Lavrovla Rubio Ukrayna üçün bir araya gəlir
19.09.2026 11:42 Dünya

Rusiya xarici işlər naziri Sergey Lavrovla ABŞ dövlət katibi Marko Rubionun Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası çərçivəsində mümkün görüşü Ukrayna ətrafındakı vəziyyətin ətraflı müzakirəsinə imkan verəcək.

TodayPress TV xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov RİA Novosti-yə açıqlamasında bildirib.

“Təbii ki, bu, bütün vəziyyəti ətraflı müzakirə etmək üçün uyğun fürsət və uyğun çərçivə olacaq”, – diplomat deyib.

Qeyd edək ki, sentyabrın 15-də Lavrov BMT Baş Assambleyasının sessiyası çərçivəsində Rubio ilə görüşməyi planlaşdırdığını açıqlayıb. Lakin o, ABŞ dövlət katibi ilə konkret hansı məsələləri müzakirə edəcəyini dəqiqləşdirməyib.

BMT Baş Assambleyasının növbəti sessiyası sentyabrın 8-də Nyu-Yorkda başlayıb. Sessiya çərçivəsində ənənəvi olaraq yüksək səviyyəli həftə keçiriləcək. Ümumi debatların sentyabrın 22-26-da və 28-də keçirilməsi planlaşdırılır.

Rusiya nümayəndə heyətinə Sergey Lavrov rəhbərlik edəcək. Onun çıxışı sentyabrın 26-na nəzərdə tutulub.

Qiymət Mahir

XƏBƏR LENTİ
19 SENTYABR 2026
Bütün Xəbərlər