Laricani: "İranda Müvəqqəti Liderlik Şurası təşkil olunacaq"
Dünya
01.03.2026 10:40
İranda tezliklə Müvəqqəti Liderlik Şurası təşkil olunacaq.
TodayPress TV xəbər verir ki, bunu İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani yerli mediaya açıqlamasında deyib.
Onun sözlərinə görə, şuranın yaradılması ilə əlaqədar bütün hazırlıq işləri başa çatıb.
Qeyd edək ki, İran konstitusiyanın 111-ci maddəsinə əsasən, İran lideri öldüyü, istefa verdiyi və ya kənarlaşdırıldığı halda, İranın Xobrəqan-Ekspertlər Məclisi dərhal yeni liderin təyin olunması və elan olunması üçün addım atır. Lider elan olunana qədər prezident, məhkəmə sisteminin rəhbəri və Xobrəqan-Ekspertlər Məclisinin seçdiyi bir nəfər liderin bütün vəzifələrini müvəqqəti icra edirlər. Bu müddət ərzində üç nəfərdən hər hansı biri öz vəzifəsini yerinə yetirə bilməzsə, Xobrəqan-Ekspertlər Məclisinin seçimi ilə həmin şəxsin yerinə seçilir.
Xatırladaq ki, fevralın 17-də Vaşinqton və Tehran arasında keçirilən nüvə danışıqlarının ikinci raundu irəliləyişsiz başa çatdıqdan sonra ABŞ İrana yaxın ərazilərdə mövcudluğunu artıraraq Avropa və Yaxın Şərqdəki bazalara 150-dən çox təyyarə yerləşdirib.
tag: İran,Hakimiyyət,Laricani,ABŞ,Todaypress.tv,
