Laricani: "1 mart ABŞ və İsrailə güclü zərbə endirəcəyik"
İran martın 1-də ABŞ və İsrailin mövqelərinə hava hücumu təşkil edəcək.
TodayPress TV xəbər verir ki, bu barədə İranın Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani "X"dəki hesabında yazıb.
O, İranın fevralın 28-də reallaşdırdığı hücumunu da xatırladıb.
"Dünən İran ABŞ və İsrailə raketlər atdı və onlara ziyan vurdu. Bu gün biz onlara əvvəllər heç üzləşmədikləri güclə zərbə endirəcəyik", - o qeyd edib.