Krivoy Roqda güclü raket hücumu - ölən və yaralananlar var

Krivoy Roqda güclü raket hücumu - ölən və yaralananlar var
12.09.2026 10:21 Dünya

Ukraynanın Krivoy Roq şəhəri raket zərbələrinə məruz qalıb, ölən və yaralananlar var.

TodayPress TV xəbər verir ki, sentyabrın 12-nə keçən gecə Rusiya Silahlı Qüvvələri Krivoy Roq şəhərinə bir neçə istiqamətdən ballistik raket zərbələri endirib.

Ukrayna tərəfinin məlumatına görə, zərbələr nəticəsində şəhərdəki mühüm sənaye müəssisələrindən biri ciddi zərər görüb.

Hadisə nəticəsində bir nəfər ölüb, üç nəfər yaralanıb. Yaralılardan 54 yaşlı kişinin vəziyyətinin ağır olduğu və reanimasiya şöbəsinə yerləşdirildiyi bildirilib.

Hazırda Fövqəladə Hallar Xidmətinin əməkdaşları ərazidə dağıntıların aradan qaldırılması və nəticələrin qiymətləndirilməsi istiqamətində iş aparırlar.

XƏBƏR LENTİ
12 SENTYABR 2026
Bütün Xəbərlər