Kreml: Ölkələrin dinc atom enerjisini inkişaf etdirmək hüququ var

Kreml: Ölkələrin dinc atom enerjisini inkişaf etdirmək hüququ var
23.06.2025 14:28 Dünya

Rusiya bütün dövlətlərin dinc atom enerjisi sahəsində inkişaf hüququna malik olduğunu bəyan edir.

TodayPress TV xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.

“Biz hesab edirik ki, bütün ölkələrin sülh məqsədli atom enerjisi sahəsində inkişaf hüququ var – istər atom elektrik stansiyalarının istismarı, istərsə də dinc nüvə sənayesinin qurulması baxımından. Bu mövqedə israrlıyıq,” – deyə Peskov vurğulayıb.

Qiymət Mahir

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər