Kobranın dişləməsi üçün mərcə girdi, həyatını itirdi
Dünya
06.12.2025 15:15
Hindistanda 34 yaşlı bitki həkimi Skandar Nat kobranın onu dişləməsinə mərc uğruna icazə verdikdən sonra ölüb.
TodayPress TV xəbər verir ki, bu barədə "Bhaskar English" məlumat yayıb.
Hadisə Qaneşpur kəndində baş verib. Nat öz bacarıqlarını nümayiş etdirərkən bir qrup şəxs onunla mərcə girib. O, kobra zəhərini zərərsizləşdirən otların olduğunu iddia etsə də, insanlar inanmayıblar. Bu səbəbdən o, sakinlərlə mərcə girib.Əgər ilan sancmasından sağ qalsa, ona 10 min rupi veriləcək. Nat razılaşıb və barmağını kobraya yaxınlaşdırıb.
İlan dişlədikdən sonra onun vəziyyəti sürətlə ağırlaşıb. Qardaşı onu xəstəxanaya aparmaq istəsə də, hadisə yerində olanlar mərcə görə buna imkan verməyiblər və o, yolda dünyasını dəyişib.
Türkan İsgəndərli
tag: Hndistan,İlan,Kobra,Mərc,Todaypress.tv,
