Kiyevdə ballistik raket uşaq xəstəxanasına düşdü - GÖRÜNTÜLƏR

Kiyevdə ballistik raket uşaq xəstəxanasına düşdü - GÖRÜNTÜLƏR
11.08.2026 08:18 Dünya

Ukraynanın paytaxtı Kiyevdə 11 avqust gecə saatlarında baş verən hücum nəticəsində Şevçenko rayonunda yerləşən uşaq xəstəxanasının ərazisi ballistik raketlə vurulub.

TodayPress TV xəbər verir ki, Ukrayna FHN-in məlumatına görə, hadisə zamanı xəstəxananın binasının şüşələri və qaz borusu zədələnib.

Xoşbəxtlikdən, uşaqlar və tibb işçiləri hücum zamanı sığınacaqda olublar. Buna görə xəstəxanada ölən və yaralanan olmayıb.

Şəhərin digər ərazisində isə anbar binasında yanğın və dağıntı baş verib. Bu hadisə nəticəsində 1 nəfər xəsarət alıb.

Hadisə yerində xilasedicilər işləyir, hücumun nəticələrinin aradan qaldırılması davam etdirilir.

Türkan İsgəndərli

TodayPress TV

FOTOLAR

Kiyevdə ballistik raket uşaq xəstəxanasına düşdü - GÖRÜNTÜLƏR — 1
Kiyevdə ballistik raket uşaq xəstəxanasına düşdü - GÖRÜNTÜLƏR — 2
XƏBƏR LENTİ
11 AVQUST 2026
Bütün Xəbərlər