Kim Çen In Tramp və Putini "masada qoyub" qızı ilə xizək sürməyə getdi - VİDEO

Kim Çen In  Tramp və Putini  "masada qoyub" qızı ilə xizək sürməyə getdi - VİDEO
17.11.2026 17:14 Dünya

Şimali Koreya lideri Kim Çen In ölkənin Çin sərhədi yaxınlığında yerləşən Samjiyon turizm zonasına səfər edib. O, qızı Kim Ju Ae ilə birlikdə hotellərə, xizək mərkəzinə və digər turizm obyektlərinə baxış keçirib.

TodayPress TV xəbər verir ki, bu barədə “Reuters” Şimali Koreyanın Mərkəzi Teleqraf Agentliyinə (KCNA) istinadən məlumat yayıb.

KCNA-nın yaydığı fotolarda Kim Çen Inın qızı Ju Ae ilə birlikdə turizm obyektlərini gəzdiyi görünür. Ağ geyimdə olan Ju Ae-nin xizək yamacında sürüşməsi də kameralara düşüb. Cənubi Koreya kəşfiyyatı onu Kimin ehtimal olunan varisi kimi qiymətləndirir.


Səfər Kim Çen Inın Çinə mümkün səfəri ilə bağlı müzakirələrin artdığı vaxta təsadüf edib. ABŞ Prezidenti Donald Tramp bazar ertəsi bu həftə Çində Kimlə görüşə biləcəyini bildirib. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov da Kim Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) Şençjendə keçiriləcək sammitində iştirak edərsə, Vladimir Putinlə görüşünün mümkün olduğunu deyib.

Görünür, dünya liderlərinin görüş təklifləri hələlik onun istirahət planlarına mane olmur.

Jalə Rövşən 

XƏBƏR LENTİ
22 NOYABR 2026
Bütün Xəbərlər