Kanada Suriyanı “Terrora dəstək verən dövlətlər” siyahısından çıxardı

Kanada Suriyanı “Terrora dəstək verən dövlətlər” siyahısından çıxardı
06.12.2025 17:30 Dünya

Kanada hökuməti Suriya­nı “Terrora dəstək verən dövlətlər” siyahısından çıxarıb.

TodayPress TV xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Açıqlamaya görə, aparılan geniş qiymətləndirmələrdən sonra Suriya adıçəkilən siyahıdan, Heyət Tahrir Şam (HTŞ) isə “Terrorçu Təşkilatlar” siyahısından çıxarılıb.

Nazirlik bildirib ki, bu qərar Suriya keçid hökumətinin ölkədə və regionda sabitliyin təmin edilməsi istiqamətində beynəlxalq tərəfdaşlarla əməkdaşlıq səylərinə dəstək xarakteri daşıyır.

Qeyd olunub ki, Kanada hökuməti DEAŞ-a qarşı Beynəlxalq Koalisiya ilə əməkdaşlıq da daxil olmaqla, qlobal səviyyədə terrorla mübarizə fəaliyyətlərini davam etdirəcək.

Türkan İsgəndərli

TodayPress TV 

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər