Kallas: "Çinlə bağlı təhlükəsizlik müzakirəsi gündəmimizdədir"

Kallas: "Çinlə bağlı təhlükəsizlik müzakirəsi gündəmimizdədir"
23.06.2025 13:54 Dünya

Avropa İttifaqının (Aİ) Xarici İşlər Şurasının bugünkü iclasının sonunda Çinlə bağlı ilk xüsusi müzakirə keçiriləcək.

TodayPress TV xəbər verir ki, bunu Aİ-nin ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas bildirib.

Onun sözlərinə görə, bu müzakirə yalnız təhlükəsizlik məsələlərinə həsr olunacaq və xarici işlər nazirlərinin iştirakı ilə baş tutacaq.

“Bu, daha geniş perspektivdən baxmaq üçün atılan addımdır – görək, bütün bu proseslər Çinlə bağlı siyasətimizə necə təsir edir”, - deyə o əlavə edib.

Töhfə Səməd

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər