İsveç sursat tədarükünə 52,5 milyon DOLLAR ayrıldı

İsveç sursat tədarükünə 52,5 milyon DOLLAR ayrıldı
12.08.2026 07:10 Dünya

İsveç hökuməti sursat tədarükünün etibarlılığının gücləndirilməsinə 500 milyon kron (52,5 milyon dollar) ayırmaq qərarına gəlib.

TodayPress TV xəbər verir ki, bu barədə hökumətin mətbuat xidmətinin yaydığı press-relizdə məlumat verilib.

"Bütün hazırlıq səviyyələri üzrə sursatların mövcudluğu İsveçin təhlükəsizliyi üçün mühüm amildir. Ölkə həm müstəqil şəkildə, həm də digər Şimali Avropa ölkələri ilə birlikdə sülh dövründə, böhran zamanı və müharibə şəraitində etibarlı və dayanıqlı sursat tədarükünü təmin etməlidir. Bu investisiyalar ümumi istehsal potensialını məhdudlaşdıran tədarük zəncirindəki dar boğazların aradan qaldırılmasına kömək edir", - deyə müdafiə naziri Pol Yonson bildirib.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
12 AVQUST 2026
Bütün Xəbərlər