İsveçdə seçki həyəcanı: Solçular sağçıları cəmi 0,3% qabaqlayır

İsveçdə seçki həyəcanı: Solçular sağçıları cəmi 0,3% qabaqlayır
14.09.2026 10:20 Dünya

İsveçdə keçirilən parlament seçkilərində müxalifətdəki mərkəz-sol ittifaqı az fərqlə öndədir.

TodayPress TV xəbər verir ki, ilkin nəticələrə görə, səslərin 49,4%-ni toplayan solçu blok hakim sağçı ittifaqı cəmi 0,3 faiz qabaqlayır.

Sağçı blokun səs payı 49,1% təşkil edir. Hazırda seçki məntəqələrinin böyük hissəsində səslərin hesablanması başa çatıb. Seçici fəallığı isə 80,4% olub.

Mərkəz-sol ittifaqına Sosial Demokratlar, Sol Partiya, Mərkəz Partiyası və Yaşıllar daxildir. İttifaqa keçmiş Baş nazir Maqdalena Andersson rəhbərlik edir.

Hakim sağçı bloka isə Baş nazir Ulf Kristerssonun rəhbərlik etdiyi Mötədil Koalisiya Partiyası, Xristian Demokratlar, Liberallar və İsveç Demokratları daxildir.

Son nəticələrin açıqlanması ilə İsveçdə hakimiyyət uğrunda mübarizənin taleyi müəyyənləşəcək.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
14 SENTYABR 2026
Bütün Xəbərlər