İsrail gün sayır: İlk dəvətdə İrana soxulacaq

İsrail gün sayır: İlk dəvətdə İrana soxulacaq
22.07.2026 13:12 Dünya

İsrail ABŞ Prezidenti Donald Trampın birbaşa müraciəti olacağı təqdirdə İrana qarşı hərbi əməliyyatlara qoşulmağa hazırdır.

TodayPress TV xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, Vaşinqton hələlik İsraildən Hörmüz boğazı ətrafında həyata keçirilən əməliyyatlarda iştirak etməsini istəməyib. Lakin qeyd olunur ki, əgər Donald Tramp İrana qarşı hərbi əməliyyatların miqyasını genişləndirmək qərarı versə və İsraildən dəstək tələb etsə, Təl-Əviv buna hazır olacaq.

Məlumata əsasən, İsrail hazırda ABŞ ilə İran arasında mümkün eskalasiya ssenariləri üzrə əməliyyat planları hazırlayır. Bununla belə, ölkənin hazırkı mərhələdə münaqişəyə qoşulmaq planının olmadığı bildirilir. Eyni zamanda, İsrail Müdafiə Qüvvələrinin (İDF) rəhbərliyi zərurət yaranacağı təqdirdə hərbi əməliyyatları dərhal bərpa etməyə tam hazır olduqlarını vurğulayıb.

Nicat Osmanlı

TodayPress TV

XƏBƏR LENTİ
22 IYUL 2026
Bütün Xəbərlər