İsmail Bəqayi: “Qızlar məktəbinə hücum insanlığa qarşı cinayətdir”
Dünya
28.02.2026 22:18
“Novruz bayramına 20 gündən az qalmış düşmənin şər və təxribatı ilə üz-üzə qaldıq”.
İranın Azərbaycandakı səfirliyindən TodayPress TV-yə verilən məlumata görə, bunu İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmail Bəqayi deyib.
Onun sözlərinə görə, ABŞ-nin keçmiş təcrübəsi göstərir ki, bu ölkə öz öhdəliklərinə sadiq qalmır və diplomatiyanın əldə etdiyi nəticələri məhv edir:
“Xarici işlər naziri dəfələrlə vurğulayıb ki, biz tam ayıq-sayıqlıqla və xoş niyyətlə diplomatik prosesə və danışıqlara daxil olmuşuq. Dünən Omanın xarici işlər naziri bildirdi ki, texniki baxımdan danışıqlar müsbət mərhələyə çatıb, razılaşma üçün imkan mövcuddur. Bizim vəzifəmiz danışıqlarda iştirak etmək və haqlı tələblərimizi qətiyyətlə izləmək idi”.
O, diplomatların fəaliyyətinin məntiq və beynəlxalq normalar əsasında qurulduğunu deyib:
“Lakin qarşı tərəf beynəlxalq prinsiplərin hamısını kobud şəkildə pozdu, Amerika tərəfinin İran xalqına qarşı açıq düşmənçilik mövqeyi nümayiş etdirdiyi müşahidə olundu. Biz region ölkələrində təhlükəsizlik və sülhə böyük önəm veririk. ABŞ qonşu ölkələrin ərazilərindən İrana qarşı hücum məqsədilə sui-istifadə edir. Buna görə də İranın müdafiə tədbirləri region ölkələrinin heç birinə qarşı yönəlməmişdir; biz onlara dostluq əlimizi uzadırıq”.
tag: ABŞ, İsrail, İran, Hücum,İsmail Bəqayi , todaypress.tv,
