İranla müharibə yenidən alovlana bilər: Netanyahu hərəkətə keçdi
İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampa İrana qarşı hərbi əməliyyatların yenidən başlanması üçün təzyiq göstərir.
TodayPress TV xəbər verir ki, “Axios” portalının məlumatına görə, bu fonda İsrailin kəşfiyyat xidməti “Mossad”ın rəhbəri Roman Qofman Vaşinqtonda səfərdədir və ABŞ-nin yüksək vəzifəli rəsmiləri ilə danışıqlar aparır.
Bildirilir ki, Donald Tramp hələlik hərbi əməliyyatların bərpasının əleyhinədir. ABŞ Prezidenti Tehran üzərində iqtisadi təzyiqi davam etdirməyə, dəniz blokadasını qüvvədə saxlamağa və eyni zamanda İranla mümkün razılaşma əldə etmək imkanlarını araşdırmağa üstünlük verir.
Kübra Musayeva