İranda Xameneinin ölümündən sonra aksiya baş tutdu
İranda Ali Rəhbər Ayətullah Əli Xameneinin ölümündən sonra müxtəlif şəhərlərdə kütləvi toplaşmalar başlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə "Fars News Agency" məlumat yayıb.
Məlumata əsasən, ABŞ və İsrailin hava hücumu nəticəsində həlak olduğu bildirilən dini liderin xatirəsini yad etmək üçün paytaxt Tehranın mərkəzində yerləşən İnqilab Meydanında insanlar bir araya gəlib. Şəhər sakinləri meydana mərhum liderin portretləri və dövlət bayraqları ilə toplaşıblar.
Urmiya şəhərində də analoji toplaşmalar keçirilib. Həmçinin Dehdəşti şəhərində sakinlər Ali Liderin xatirəsini yad etmək üçün küçələrə çıxıblar.
Türkan İsgəndərli