İran ordusu ABŞ hərbi bazalarına zərbə endirdi
Dünya
01.03.2026 13:14
İran ordusunun Hərbi Hava qüvvələrinin qırıcı təyyarələri ABŞ-nin regiondakı hərbi bazalarına zərbə endiriblər.
TodayPress TV xəbər verir ki, bu barədə İran ordusu məlumat yayıb.
Məlumata görə, az öncə İran ordusunun Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələri ABŞ-nin Fars körfəzi ətrafında yerləşən ölkələrdə və İraqın Kürdüstan muxtariyyətindəki bazalarını bir neçə dəfə bombalayıblar.
İran ordusu bölgədə ABŞ-yə məxsus bütün hərbi mərkəzlərin qırıcı təyyarələrin hədəfində olacağını qeyd edib.
Qeyd edək ki, fevralın 28-də səhər saatlarında İsrail və ABŞ İrana hərbi hava hücumlarına başlayıb.
İsrail və ABŞ-nin həyata keçirilən hərbi hava hücumlarında İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei və onun ailə üzvləri ölüb.
Eyni zamanda İran Ordusunun Baş Qərargah rəisi general-mayor Əbdülrəhim Musəvi, İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) baş komandanı Məhəmməd Pakpur, İranın Ali Liderinin müşaviri və Müdafiə Şurasının katibi Əli Şəmxani, müdafiə naziri Əziz Nəsirzadə hərbi hava hücumları zamanı ölüblər.
Türkan İsgəndərli
tag: İsrail,İran,ABŞ,Hərbi baza,Todaypress.tv,
