İran hava məkanının açılacağı tarix məlum oldu
İranın hava məkanı 3 mart səhərinə qədər bağlı qalacaq.
TodayPress TV xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.
Məlumata görə, ölkə üzərində uçuşlara məhdudiyyətlər UTC vaxtı ilə saat 08:30-a (Bakı vaxtı ilə 12:30) qədər qüvvədə olacaq.
Bildirilib ki, regionda təhlükəsizlik vəziyyəti səbəbindən digər ölkələr də hava məkanını müvəqqəti bağlayıb. Belə ki, Küveyt, Qətər və Bəhreyn üzərində uçuşlar martın 1-i saat 13:00-dək dayandırılıb. Həmçinin İsrail, İraq, Suriya və Birləşmiş Ərəb Əmirlikləri hava məkanları da hazırda bağlıdır.
Türkan İsgəndərli