İran BMT-yə məktub göndərdi: Hücumlar dayanana qədər…
Dünya
28.02.2026 22:47
İranın xarici işlər naziri Abbas Əraqçi Birləşmiş Millətlər Təşkilatının Baş katibinə və Təhlükəsizlik Şurasının sədrinə ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hücumlarla bağlı məktub ünvanlayıb.
İranın Azərbaycandakı Səfirliyindən TodayPress TV-yə verilən məlumata görə, məktubda deyilir:
“İran İslam Respublikası təcavüz tam və qeyd-şərtsiz şəkildə dayandırılanadək özünün qanuni və legitim özünümüdafiə hüququnun qətiyyətli və dərhal icrasını davam etdirəcəkdir. ABŞ və İsrail tərəfindən həyata keçirilmiş hava hücumları Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndinin açıq şəkildə pozulması olmaqla yanaşı, İran İslam Respublikasına qarşı aşkar silahlı hücum aktı hesab olunur.
İran İslam Respublikası bu hücumlara cavab olaraq BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun şəkildə özünün təbii və legitim özünümüdafiə hüququnu həyata keçirməkdədir.
İran İslam Respublikasının Silahlı Qüvvələri bu cinayət xarakterli hücumun qarşısını almaq, eləcə də düşmənçilik niyyətli hərəkətlərə qarşı effektiv çəkindirməni təmin etmək məqsədilə bütün zəruri müdafiə imkan və potensiallarını səfərbər edəcəkdir.
Bu çərçivədə regionda yerləşən bu qüvvələrə məxsus bazalar, obyektlər və aktivlər İranın özünümüdafiə hüququnun icrası kontekstində legitim hərbi hədəflər hesab ediləcək və hücum tam və qeyd-şərtsiz şəkildə dayandırılanadək İran İslam Respublikası özünümüdafiə hüququnun qətiyyətli və fasiləsiz icrasını davam etdirəcəkdir”.
Qiymət Mahir
tag: Abbas Əraqçi, Hücum, İran, BMT, todaypress.tv,
