İran BƏƏ-yə Fars körfəzi adaları ilə bağlı sərt xəbərdarlıq etdi

Dünya

06.12.2025 13:15

İran Fars körfəzindəki adalara dair iddiaları səbəbilə BƏƏ-ni kəskin şəkildə tənqid edib və bu mövqeyi Əbu-Dabinin regional ambisiyaları və xarici güclərlə əməkdaşlığı ilə əlaqələndirib.

TodayPress TV xəbər verir ki, bu barədə "Mehr" məlumat yayıb.

İranın Ali Rəhbərinin beynəlxalq məsələlər üzrə baş müşaviri Əli Əkbər Vilayəti bildirib ki, “İran xalqının səbrinin hüdudsuz olmadığını” xatırlatmağın vaxtı çatıb. O, "X" sosial şəbəkəsində yayılan bəyanatında indiyə qədər açıq deyilməyən məsələlərə aydınlıq gətirməyə çağırıb.

Vilayəti həmçinin BƏƏ-nin bu ölkədə Britaniya ilə əməkdaşlıq edib-etmədiyini də sual edib və analitiklərin bunu “aldadıcı beynəlxalq imperiya” qurmaq cəhdi kimi qiymətləndirdiyini xatırladıb.

Türkan İsgəndərli

TodayPress TV

tag: İran,Fars,Körfəz,BƏƏ,Todaypress.tv,