İran BAEA-nın təcili iclasının keçirilməsini tələb etdi

İran BAEA-nın təcili iclasının keçirilməsini tələb etdi
28.02.2026 22:00 Dünya

İranın Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyi İsrail və ABŞ-nin hücumlarından sonra Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) İdarə Heyətinin növbədənkənar təcili iclasının keçirilməsini tələb edib.

TodayPress TV xəbər verir ki, bu barədə məlumat diplomatik missiyanın "X" sosial şəbəkə hesabında paylaşılıb.

"İsrail və ABŞ-nin fevralın 28-dən başlayan təcavüzü fonunda Vyanadakı daimi nümayəndəlik BAEA-nın direktoru Rafael Qrossiyə ünvanlanan məktubda agentliyin İdarə Heyətinin təcili növbədənkənar iclasının keçirilməsinə çağırış edib", - məlumatda qeyd olunub.

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər