İndoneziyada daşqın: 900-dən çox insan öldü

İndoneziyada daşqın: 900-dən çox insan öldü
06.12.2025 17:45 Dünya

İndoneziyanın Sumatra adasında güclü leysanların səbəb olduğu daşqınlar nəticəsində azı 908 nəfər həyatını itirib, 4200-dən çox insan yaralanıb. 

TodayPress TV xəbər verir ki, bu barədə İndoneziya Milli Fövqəladə Halların İdarəolunması Agentliyi məlumat yayıb.

Agentlik həmçinin bildirib ki, 400-dən çox insan hələ də itkin düşüb.

Bundan əvvəl ölənlərin sayının təxminən 850, yaralıların isə 2700 olduğu açıqlanmışdı.

Qeyd edək ki, ötən həftə İndoneziya, Şri-Lanka və Taylanda təsir edən güclü siklon bölgədə torpaq sürüşmələri və digər təbii fəlakətlərə səbəb olub.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər