İndoneziya alternativ neft idxal mənbələri axtarır

Dünya

12.03.2026 22:30

Yaxın Şərqdəki gərginlik gəmiçilik fəaliyyətinə mane olduğu üçün İndoneziya, dövlətə məxsus enerji şirkəti “Pertamina” vasitəsilə alternativ xam neft idxal mənbələri axtarır. 

TodayPress TV xəbər verir ki, bu barədə “Pertamina” şirkətinin Prezidenti Simon Aloysius Mantiri jurnalistlərə məlumat verib. 

O bildirib ki, şirkət idxal mənbələrini şaxələndirməklə daxili enerji təchizatını təmin etmək üçün qabaqlayıcı tədbirlər görüb. 

"Qlobal gəmiçilik zolaqlarındakı qeyri-müəyyənlik fonunda yanacaq mövcudluğunun qorunması üçün təchizat marşrutlarının şaxələndirilməsi çox vacibdir. Biz alternativ təchizat mənbələri axtararaq vəziyyəti əvvəlcədən proqnozlaşdırmışıq ki, ehtiyatlarımızın dayanıqlılığı təmin olunsun". 

Aysel Mətləb

TodayPress TV

tag: İndoneziya,Neft,İdxal,Mənbə,TodayPress TV,