İki ölkə, bir həsrət: Rusiya və Ukrayna ailələri sərhəddə qovuşdu

İki ölkə, bir həsrət: Rusiya və Ukrayna ailələri sərhəddə qovuşdu
17.09.2026 18:54 Dünya

Belarus-Ukrayna sərhədindəki "Novaya Quta" keçid məntəqəsində Rusiya və Ukraynadan olan ailələrin qovuşdurulması üzrə növbəti humanitar aksiya keçirilib.

TodayPress TV xəbər verir ki, bu barədə "BelTA" agentliyi məlumat yayıb.

Rusiyadan Ukraynaya doğmalarının yanına 15 vətəndaş yola düşüb. Ukraynadan isə yaxınlarının yanına üç nəfər qayıdır.

Məlumata görə, bunlar əsasən təqaüdçülər və hərəkət imkanları məhdud olan vətəndaşlardır.

Aysel Mətləb

XƏBƏR LENTİ
17 SENTYABR 2026
Bütün Xəbərlər