İİKK: ABŞ İranla müharibədə məğlub oldu
İran İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) ABŞ prezidenti Donald Trampın İranla müharibədə məğlub olduğunu açıqlayıb.
TodayPress TV xəbər verir ki, korpusun məlumatına görə, ABŞ və İsrail İrana qarşı apardıqları hərbi və informasiya kampaniyalarına baxmayaraq, əsas məqsədlərinə nail ola bilməyiblər.
İİKK bildirib ki, xarici media artıq Trampın müharibədə “məğlubiyyətindən” və ABŞ prezidentinin özünün yaratdığı “tələyə” düşməsindən yazır.
Korpus həmçinin müharibənin ABŞ-nin strateji vəziyyətini çətinləşdirdiyini, Qərb ölkələri arasında fikir ayrılıqlarını artırdığını və ABŞ-nin təsirinin zəiflədiyini iddia edib.
Türkan İsgəndərli